Türk dünyasının ortaq televiziyası yaradılır

Türk dünyasının ortaq televiziyası yaradılır
  03 May 2020    Oxunub:2693
Türk dünyasının ortaq televiziyası yaradılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Global Journalism Council təşkilatının Beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı məlumat verib. Onun sözlərinə görə, televiziya yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

E.Eyvazlı bildirib ki, bununla bağlı Türkdilli ölkələrin jurnalistləri ilə müzakirələr aparılıb: “İlkin olaraq Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda nümayəndiliklər yaradılacaq. Fəaliyyət istiqamətində siyasi məsələlər olmayacaq”.

Televiziyaya kimin rəhbərlik edəcəyinə gəlincə, müsahibimiz deyib ki, bu məsələlər ona həvalə olunub.

Azvision.az


Teqlər: Türk-dünyası   Telekanal  





Xəbər lenti