“Mişustin özünü normal hiss edir” - Baş Nazirlə bağlı açıqlama

“Mişustin özünü normal hiss edir” -  Baş Nazirlə bağlı açıqlama
  03 May 2020    Oxunub:3777
Koronavirusa yoluxmuş Rusiyanın Baş Naziri Mixail Mişustin özünü normal hiss edir və müalicəsini davam etdirir.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə hökumət başçısının sözçüsü Boris Belyakov deyib.

"Mixail Vladimiroviç mütəxəssislərin nəzarəti altındadır, müalicəsini davam etdirir. Ümumi olaraq özünü normal hiss edir”, - deyə Belyakov vurğulayıb.

O, əlavə edib ki, Baş Nazir sənədlərlə işləyir və həmkarları ilə telefon vasitəsilə fəal əlaqəsini davam etdirir.

Xatırladaq ki, ötən cümə axşamı Rusiya Prezidenti Vladimir Putin ilə videokonfrans vasitəsilə görüşən Mişustin koronavirusa yoluxduğunu açıqlayıb. Putin Mişustinə tez bir zamanda sağalmasını arzulayıb. Rusiya lideri Mişustinin xəstəliyi dövründə hökumət başçısının vəzifələrini yerinə yetirməyi Baş Nazirin birinci müavini Andrey Belousova həvalə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Baş-nazir  





Xəbər lenti