Gürcüstanda 589 nəfər koronavirusa yoluxub

Gürcüstanda 589 nəfər koronavirusa yoluxub
  03 May 2020    Oxunub:2948
Gürcüstanda son sutka ərzində daha 7 nəfər koronavirusa yoluxub, bununla da ölkədə ümumi yoluxma sayı 589-a yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

İndiyədək 207 xəstə sağalıb, 8 nəfər isə vəfat edib. Hazırda karantində 5066 nəfər var.

Xatırladaq ki, Gürcüstanda ilk yoluxma halı 26 fevralda qeydə alınıb. Martın sonundan isə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti