Tacikistanda koronavirusdan ilk ölüm qeydə alındı

Tacikistanda koronavirusdan ilk ölüm qeydə alındı
  03 May 2020    Oxunub:3126
Tacikistanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Tacikistan dövlət televiziyası məlumat yayıb.

Bildirilir ki, ölkədə 2 nəfər virusdan dünyasını dəyişib. Hazırda Tacikistanda 76 koronavirusa yoluxmuş xəstə var. 2782 nəfər isə karantində saxlanılır.

Qeyd edək ki, Tacikistanda koronavirusa ilk yoluxma halı aprelin 29-da aşkar edilib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Tacikistan   Koronavirus  





Xəbər lenti