Tramp Kim Çen Inın sağ olduğuna sevindi
ABŞ Prezidenti Şimali Koreya liderinin fosfor gübrəsi zavoduna baş çəkməsinə dair fotolar yerləşdirib və bunları qeyd edib: "Mən onun qayıtmasına və özünü yaxşı hiss etməsinə sevinirəm”.
Xatırladaq ki, bundan əvvəl CNN Şimali Koreya liderinin əməliyyatdan sonra səhhətinin pisləşməsi barədə məlumat yaymışdı. Bundan sonra mediada Kim Çen Inın ağır durumu və hətta ölümü ilə bağlı müxtəlif şayiələr dolaşırdı.
Pərvanə Sultanova
Azvision.az