Validən hamilə qadına xüsusi qarpız icazəsi

Validən hamilə qadına xüsusi qarpız icazəsi
  02 May 2020    Oxunub:4451
Türkiyənin Antalya şəhərində koronavirus pandemiyasının yayılması ilə əlaqədar evdən çıxma qadağasının tətbiqi zamanı maraqlı hadisə yaşanıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cansu Akdemir Tümer adlı hamilə qadın sosial şəbəkə vasitəsilə Antalya valisi Münir Karaloğluna müraciət edib.

O, qarpız yemək istədiyini deyərək validən kömək diləyib. Bundan sonra qadının ərinə iki saatlıq evdən çıxıb qarpız almaq üçün xüsusi icazə verilib.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti