Milli Məclisin növbəti iclasının gündəliyi - YENİLƏNİB

 Milli Məclisin növbəti iclasının gündəliyi  -  YENİLƏNİB
  02 May 2020    Oxunub:5475
Milli Məclisin mayın 5-də keçiriləcək iclasının gündəliyinə 11 məsələ daxil edilib.
Bu barədə Azvision.az -a Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, iclasın gündəliyinə daxil olan məsələlər sırasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, Vergi Məcəlləsinə və s qanunlara dəyişiklik layihələri var.

İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

2. Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

3. Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında.

4. “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsi

5. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi

6. Azad ticarət zonasının yaradılması haqqında sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli sazişdə dəyişikliklərim edilməsi barədə protokolun təsdiq edilməsi haqqında” qanun layihəsi.

7. ”1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye Nümunələrinin mühafizəsinə dair” protokolun təsdiq edilməsi haqqında qanun layihəsi.

8. ”Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici işlər Nazirliyi və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən Əmək fəaliyyəti haqqında Anlaşma Memorondumunun təsfiq edilməsi barədə” qanun layihəsi.

9. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

***
Milli Məclisin növbəti plenar iclası may ayının 5-də keçiriləcək.

Bu barədə Azvision.az -a Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, iclasın gündəliyi yaxın saatlarda açıqlanacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti