Kim Çen In 20 gündən sonra ilk dəfə göründü

 Kim Çen In 20 gündən sonra ilk dəfə göründü
  02 May 2020    Oxunub:5113
Şimali Koreya lideri Kim Çen In 20 gündən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Azvision.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Ryonhap” agentliyi məlumat verib. Bildirilib ki, Kim Çen In aprelin 30-da Sunçxonda gübrə zavodunun açılışında iştirak edib.

Qeyd edək ki, Şimali Koreya liderinin aprelin 12-dən bəri ictimaiyyət qarşısında görünməməsi onun səhhətində ciddi problemin olması ilə bağlı şayiələrin yayılmasına səbəb olmuşdu. Hətta bəzi Qərb KİV-ləri Kim Çen Inın öldüyünü iddia edirdi.

Azvision.az


Teqlər: ŞimaliKoreya  





Xəbər lenti