Azərbaycanda koronavirusla bağlı son vəziyyət - STATİSTİKA

   Azərbaycanda koronavirusla bağlı son vəziyyət -  STATİSTİKA
  02 May 2020    Oxunub:4465
Bu gün Azərbaycanda koronavirusla bağlı 3551 test aparılıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, indiyədək həyata keçirilən testlərin sayı 146 min 630-a çatıb.

Hazırda reanimasiyada olan xəstə sayı 20, süni tənəffüs cihazında olan xəstə sayı 8-dir.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti