Spikerdən sərəncam: İki şöbə ləğv edildi

Spikerdən sərəncam:  İki şöbə ləğv edildi
  02 May 2020    Oxunub:6056
Milli Məclis Aparatında aparılan struktur islahatları çərçivəsində parlamentin iki şöbəsi ləğv edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova sərəncam imzalayıb.

Sərəncama əsasən, Milli Məclisin Komitə və komissiyalar ilə iş şöbəsi və Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi ləğv olunaraq Ümumi şöbəyə birləşdirilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti