Qaydalara əməl etməyən tibb işçiləri cəzalandırılıb

Qaydalara əməl etməyən tibb işçiləri cəzalandırılıb
  01 May 2020    Oxunub:2879
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərin kütləvi şəkildə toplaşıb tədbir keçirməsi barədə məndə belə bir məlumat yoxdur. Əgər orada qaydalara əməl olunmayıbsa, ciddi təbdirlər görüləcək.

Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, qaydalara ciddi əməl etməyən tibb müəssisələri ilə bağlı son dövrlər tədbirlər görülüb.

“Bizim həkim həmkarlarımızın əksəriyyəti fədakarcasına xidmət göstərir. Bütün sahələrdə olduğu kimi qaydaları pozmağa cəhd göstərənlər, qaydalara məsuliyyətsiz yanaşanlar var. Onlarla mübarizə aparırıq. Bir neçə tibb müəssisəsinin rəhbərliyinin fəaliyyəti barədə ölkə rəhbərliyinə məruzə olunub. Vəzifəsindən azad olunanlar, inzibati tənbeh tədbirləri alanlar var. Gəncə, Goranboy, Göygöl şəhərində belə tədbirlər görülüb. Digər şəhərlərdə harada qaydalara əməl edilməyəcəksə, orada ciddi cəza tədbirləri görüləcək”.

Aytən Zəhra
Azvision.az



Teqlər: TƏBİB   Həkim   Xəstəxana  





Xəbər lenti