Məmmədyarov Mortonla telefonla danışdı

Məmmədyarov Mortonla telefonla danışdı
  01 May 2020    Oxunub:3648
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika ölkələri üzrə naziri Vendi Morton arasında telefon danışığı olub.
Azvision.az xəbər verir nki, bu barədə Morton özünün “Twitter” səhifəsində yazıb.

Nazir qeyd edib ki, Məmmədyarovla koronavirusla bağlı yaranmış vəziyyət müzakirə olunub.

“Britaniya və Azərbaycan COVID 19-la əlaqədar beynəlxalq reaksiya üzərində yaxından işləyir. Bu gün Xarici İşlər naziri Məmmədyarovla danışdım, ona əməkdaşlığın gücləndirilməsində sadiqliyinə və önümüzdəki aylarda əlaqələrin daha da inkişafı üçün göstərdiyi səylərə görə təşəkkür edirəm", - deyə nazir yazıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:





Xəbər lenti