Karantindən çıxış üçün 6 metodik göstəriş hazırlandı

Karantindən çıxış üçün 6 metodik göstəriş hazırlandı
  01 May 2020    Oxunub:5181
"Karantin tədbirləri yumuşaldıqca tətbiq ediləcək qaydalar barədə 6 metodik göstəriş hazırlanıb".
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, metodik göstərişlərin ilki vətəndaş qəbulunu həyata keçirən qurumlarla bağlıdır: "İkinci metodik göstəriş ictimai nəqliyyatdakı davaranışlarla bağlıdır. Bunlar metro, yerüstü qatar, avtobus və taksilər üçündür. Üçüncü qida məhsullarının ticarəti ilə məşğul olan müəssiələrə aiddir. Dördüncü turizm və otelçilik sektoru ilə bağlıdır. Əgər qərar verilsə ki, bu sahələrdə fəaliyyət bərpa olunsun, o zaman metodik göstərişlər tətbiq olunacaq. Ümumən əvvəlki həyatımızda olduğu kimi bölgələrə səfər edə biləcəyimizi düşünməməliyik.

Yaxın bir il ərzində normal həyata qayıdacağımızı düşünməməliyik. Beşinci ictimai-iaşə müəssisələri, kafelər, bərbərxanalar, gözəllik salonlarına aid göstərişlərdir. Burada hər biri üçün ayrıca davranış qaydaları müəyyənləşdirilib. Altıncı müxtəlif ticarət sahələri, ofislər, xidmət sahələri üçün müəyyən edilən metodik göstərişlərdir".

R.Bayramlı qeyd edib ki, metodik göstərişlər təsdiqlənəcək və sabahdan etibarən koronavirus.info saytında yerləşdiriləcək.

Kənan Məmmədov
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti