Yaşlı insanların evdən çıxması ilə bağlı qərar veriləcək

 Yaşlı insanların evdən çıxması ilə bağlı qərar veriləcək
  01 May 2020    Oxunub:2866
65 yaşdan yuxarı insanların evdən çıxma qadağası bütün ölkədə qüvvədədir. Onların evdən çıxması hazırda müzakirə edilir.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, 11 maydan sonra həmin evdən çıxması barədə qərar verilə bilər.

“4 may tarixindən sonra müşahidə edilən vəziyyətə əsasən qərar veriləcək. Narıncı zolaqlara, yəni Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna gediş-gəliş qadağası qüvvədə qalır. Amma sarı və narıncı zolaq daxilində gediş-gəliş qalır”.

İ.Məmmədov bildirib ki, Bakıda restoranların fəaliyyəti qadağandır, SMS icazələr hazırda qüvvədədir.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti