11 minə yaxın şəxs hava nəqliyyatı ilə ölkəyə gətirilib

11 minə yaxın şəxs hava nəqliyyatı ilə ölkəyə gətirilib
  01 May 2020    Oxunub:3122
"İndiyə kimi 11 minə yaxın vətəndaşımız hava nəqliyyatı ilə ölkəyə gətirilib. “Evə gedirəm” portalı vasitəsilə 205 vətəndaşı qəbul edəcəyik"
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, təxliyə olunan şəxslər 14 gün xüsusi rejimli xəstəxanalarda qalacaqlar.

"Xəstəliyin peyvəndinin tapılması yaxın gələcəkdə real görünmür. Bir müddət ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti