Gəncə və Lənkəranda aktiv yoluxma müşahidə edilir - TƏBİB

  Gəncə və Lənkəranda aktiv yoluxma müşahidə edilir -     TƏBİB
  01 May 2020    Oxunub:7316
Aktiv yoluxma halları Gəncə və Lənkəran şəhərlərində son günlər daha çox müşahidə edilməyə başlayıb. Bu, həmin rayonlarda karantin rejiminə əməl edilməməsi ilə əlaqədardır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri narıncı zonaya, Naxçıvan Muxtar Respublikası, digər şəhər və rayonlar isə sarı zonaya daxil edilib.

“Yaşıl rənglə COVID-19 yoluxma olmayan və karantin rejiminin məhdudiyyətlərinin aradan qaldırıldığı zaman qeyd olunacaq və biz buna ümid edirik. Sarı zolaq aktiv yoluxma halları 50-dən az olduqda göstərilir, aktiv yoluxma halları 50-dən çox olduqda isə narıncı zolaqla qeyd olunur. Aktiv yoluxma halları 100-dən çox olduqda, Bakı şəhərində isə 500-dən yuxarı olduqda, qırmızı rənglə qeyd olunacaq və karantin rejimi sərt şəkildə tətbiq ediləcək. Hazırda ölkəmizdə sarı və narıncı rənglərə uyğun epidemioloji vəziyyət mövcuddur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti