Koronavirusun ən çox yayıldığı ərazilər açıqlandı

  Koronavirusun ən çox yayıldığı ərazilər açıqlandı
  01 May 2020    Oxunub:4015
Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarında koronavirusa yoluxma üstünlük təşkil edir.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumilikdə Bakı şəhərində yoluxma 50 faizdən yuxarıdır.

“Sumqayıt şəhərində koronavirusa yoluxma 3,2 faizdir. Burada əhalinin sıxlığı önəmlidir. Gəncə və Lənkəran şəhərlərində yoluxma üstünlük təşkil edir. Qadınlar arasında yoluxma yenə də daha çoxdur”.

R.Bayramlı bildirib ki, 50-59 yaş arasında yoluxma 22 faiz, 0-9 yaş arası yoluxma 5 faiz, 80 yaşdan yuxarı yoluxma sayı 2 faizdir: “60-69 yaş arasında 11 nəfər vəfat edib. Onlarda yanaşı gedən xəstəliklər olub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti