İbrahim Məmmədov: “Ötən iki həftədə yoluxma sayı azalıb”

  İbrahim Məmmədov:  “Ötən iki həftədə yoluxma sayı azalıb”
  01 May 2020    Oxunub:4231
"Ötən iki həftə ərzində Azərbaycanda koronavirusa yoluxma azalıb. Amma aprelin 27-dən sonra yenidən yoluxma sayında artım müşahidə olunub. Sağalanların sayında artım var."
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, müsbət və mənfi tendensiyalar paralel gedir: "Həkimlərin səyi nəticəsində vəziyyət nəzarət altındadır. Karantindən çıxma haqqında planlar hazırlanır və açıqlanır. Bu iki nəticəni nəzərə alaraq karantin rejiminin uzadılması və yumşaldılması haqqında qərar verilir. Yumşaldılma selektiv yanaşma ilə tətbiq ediləcək. Yoluxma hallarının yüksək olduğu Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonunda karantindən çıxma yavaş, digər şəhər və rayonlarda isə sürətlə gedir".

Aytən Zəhra
Azvision.az




Teqlər: Koronavirus  





Xəbər lenti