Rayonlarda kafe və çay evlərinin fəaliyyəti bərpa edilir

Rayonlarda kafe və çay evlərinin fəaliyyəti bərpa edilir
  01 May 2020    Oxunub:2946
Azərbaycanda əksər şəhər və rayonlarda restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).

Azvision.az


Teqlər: Qərargah  





Xəbər lenti