Meşədə yeyib-içənlər həbs edildi

Meşədə yeyib-içənlər həbs edildi
  01 May 2020    Oxunub:2642
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonunun Siyakü kəndindəki meşəlik ərazidə 6 nəfər rayon sakininin yeyib-içmək məclisi düzəldərək xüsusi karantin rejiminin qaydalarını pozduğu müəyyən edilib.

Həmin şəxslər saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətiriliblər. Onlardan 3 nəfəri rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs edilib, digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Azvision.az


Teqlər: DİN   Karantin  





Xəbər lenti