Sabah 25 dərəcə isti olacaq

   Sabah 25 dərəcə isti olacaq
  01 May 2020    Oxunub:2617
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 18-22° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil ecdəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 2-də Bakıda və Abşeron yarımadasında temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək

Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Azvision.az


Teqlər: Hava  





Xəbər lenti