5 min manatlıq oğurluq edən şəxs tutuldu

  01 May 2020    Oxunub : 1968
5 min manatlıq oğurluq edən şəxs tutuldu
Şəmkirdə evdən pul oğurlayan şəxs tutulub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 300 manat pul və 5 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədzadə saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Oğurluq