“Nazir qalıb kənarda, mətbuat xidməti xalqa əlləzinə oxuyur” - Siyavuş Novruzov

  “Nazir qalıb kənarda, mətbuat xidməti xalqa əlləzinə oxuyur” -    Siyavuş Novruzov
  01 May 2020    Oxunub:4363
“Bəzi nazirliklərin aparatlarında islahatların aparılması vacibdir. Bəzi nazirliklərin aparatları şişirdilmiş aparatlardır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Hesablama Palatası bu məsələyə diqqət yetirməlidir: “Hamı aparat rəhbəri təyin edir. Mənzil istismar sahəsindən tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harada qalır?”.

S.Novruzov bütün nazirliklərdə mətbuat xidmətlərinin təyin olunmasına da toxunub. Onun sözlərinə görə, mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır:

“Karantin dövründə gördük ki, nazir qalıb kənarda, bunun mətbuat xidməti xalqa əlləzinə oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: SiyavuşNovruzov  





Xəbər lenti