Baş Prokurorluq qarşısında duran vəzifələr açıqlandı

 Baş Prokurorluq qarşısında duran vəzifələr açıqlandı
  01 May 2020    Oxunub:2883
“Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və hazırda davam etdirilən islahatlar yeni dövrdə Azərbaycan prokurorluğu qarşısında yeni və olduqca mühüm vəzifələr qoyur”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev Milli Məclisin iclasında deyib.

K.Əliyev bildirib ki, prokurorluq oqranları qarşısında duran ümdə vəzifələr aşağıdakılardır:

- Dövlətin təhlükəsizliyinə qəsd edilən cinayətlərə qarşı mübarizənin kəsərinin artırılması, dövlətçiliyin daxili və xarici təhlükələrdən müdafiə edilməsi;

- Cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğun qorunmasında digər hüquq və mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə səylərin gücləndiriliməsi;

- Vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsində prokurorluğun iştirakının genişləndirilməsi;

- Həm dövlət, həm də özəl sektorda korrupsiyanın bütün təzahür formalarını, eləcə də vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi;

- Hazırda ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar konteksində vergi və gömrük siyasətinin optimallaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarlığın hüquqi vasitələrlə dəstəklənməsi;

- Ölkə iqtisadiyyatının kölgə iqtisadiyyatına qarşı təsirli mübarizənin aparılması kimi mühüm strateji tədbirlərdə yaxından iştirak etmək;

- Məhkəmələrdə dövlət və onun müdafiə edilməsi işinin keyfiyyətcə yeni mərhələyə qaldırılması, balanslaşdırımış cəza siyasətinə riayət edilməklə cəzanın məqsədlərinə nail olunmasında əsaslı dönüş əldə edilməsi;

- Beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübənin cari fəaliyyətimizdə tətbiqidir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Prokurorluq   Kamran-Əliyev  





Xəbər lenti