Quba sakini narkotiklə tutuldu - FOTOLAR
T.Zeynalov üzərinə keçirilən baxış zamanı ondan bir bükümdə çəkisi 2 qrama yaxın olan narkotik vasitə - qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən T.Zeynalova məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı isə oradan ümumi çəkisi 0.9 qram olan iki bükümdə, həyətyanı sahəsindən isə 400 qramdan çox olan qurudulmuş marixuana, həmçinin xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş 36 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Azvision.az