"Gənclər üçün krizis telefon xətti" bərpa edildi

"Gənclər üçün krizis telefon xətti" bərpa edildi
  01 May 2020    Oxunub:3613
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər üçün krizis telefon xətti yenidən öz fəaliyyətini bərpa edib.
Bu barədə Azvision.az -a nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

Artiq 14 ildir ki, bu sahədə təcrübəsi olan krizis telefon xətti psixoloji böhran, ailə münasibətlərində gərginlik, depressiya, qorxu hissi yaşayan hər kəs üçün yardımçı ola bilər.

Pulsuz olaraq fəaliyyət göstərəcək bu xidmətə (012) 510 66 36 edilən hər bir zəngin anonimliyi qorunacaq. Zənglər həftə içi (6 gün), saat 10.00-17.00 arası qəbul ediləcək.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti