İmişlidə oğurluq edən rayon sakini tutuldu

İmişlidə oğurluq edən rayon sakini tutuldu
  30 Aprel 2020    Oxunub:4382
İmişli rayon Aranlı kənd sakini Ə. Xudiyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən qızıl zinət əşyasının və pullarının oğurlanması barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tətəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini Ə.Tağıyev saxlanılıb.

Araşdırmalarla onun zərərçəkmişə məxsus evdən 2700 manat pul və 700 manat dəyərində 1 ədəd qızıl üzük oğurladığı müəyyən edilib. Oğurlanmış pulların bir qismi və üzük maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti