“VAZ”ın vurduğu piyada hadisə yerində öldü

“VAZ”ın vurduğu piyada hadisə yerində öldü
  30 Aprel 2020    Oxunub:3258
Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov rayonunun K.Rəhimov küçəsində yolu keçən paytaxt sakini Fəridə Ələkbərovanı Bakı şəhər sakini A.Əliyev idarə etdiyi “VAZ-2103” markalı avtomobillə vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DYP   Qəza  





Xəbər lenti