Hava hücumundan müdafiə bölmələrinin döyüş hazırlığı - VİDEO

Hava hücumundan müdafiə bölmələrinin döyüş hazırlığı -  VİDEO
  30 Aprel 2020    Oxunub:5414
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava hücumundan müdafiə (HHM) bölmələrinin məşqləri keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, məşqlərin keçirilməsində əsas məqsəd bölmələrin şəxsi heyətinin zenit-raket komplekslərinin (ZRK) idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlərdə döyüş heyətləri “İldırım” ZRK-nin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra edirlər.




Azvision.az



Teqlər: MN   HHM  





Xəbər lenti