Rac Kapurun oğlu xərçəngdən öldü

 Rac Kapurun oğlu xərçəngdən öldü
  30 Aprel 2020    Oxunub:10048
Məşhur hind aktyoru və rejissoru Rac Kapurun oğlu, aktyor Rişi Kapur 68 yaşında dünyasını dəyişib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor ABŞ-da xərçəng əleyhinə müalicə aldıqdan sonra sentyabr ayında Hindistana qayıdıb.

O, fevralda səhhətinin pisləşməsi ilə əlaqədar iki dəfə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Rişi Kapur "Bobbi", "Dəlisov məhəbbət", "Om Şanti Om" və digər filmlərdə rol alıb.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   aktyor  





Xəbər lenti