Erməni vitse-spiker ana söyüşünə görə dava saldı

 Erməni vitse-spiker ana söyüşünə görə dava saldı
  30 Aprel 2020    Oxunub:2906
Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan müxalif bloger Artur Danielyanı döyməsi barədə açıqlama verib.

Azvision.az erməni KİV-lərinə istinadən bildirir ki, vitse-spiker Artur Danielyanı onun haqqında ədəbsiz söyüş söydüyü üçün vurduğunu bildirib.
Simonyanın sözlərinə görə, blogerlə küçədə qarşılaşıb və ona salam verib. Artur Danielyan isə cavabında onun anasının ünvanına təhqirlər səsləndirib.

"Başımla burnuna vurdum. Düşünürəm ki, heç bir erməni gənc, kimsə bu vəziyyətdə başqa cür davrana biləcəyini deyə bilməz. Özümü elə göstərə bilməzdim ki, söylənilən təhqirləri eşitmədim. Belə olan halda özümə hörmət edə və başqalarından hörmət tələb edə bilməzdim", - deyə Simonyan vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti