Məşhur aktyor koronavirusun plazma donoru oldu

Məşhur aktyor koronavirusun plazma donoru oldu
  30 Aprel 2020    Oxunub:2689
Koronavirus infeksiyasından sağalan məşhur aktyor Tom Hanks plazma donoru olub.
Azvision.az xəbər verir ki, aktyor plazma paketininin fotosunu "İnstaqram" hesabında paylaşıb. Onun virusdan sağalan həyat yoldaşı Rita Vilson da qan verib.

Qeyd edək ki, Tom Hanks və Rita Vilson mart ayının ortalarında Avstraliyada koronavirusa yoluxublar. Cütlük xəstəxanaya yerləşdirilib, müalicə uğurla bitdikdən sonra evə buraxılıblar.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Aktyor   TomHanks  





Xəbər lenti