Müdafiə Nazirliyi: Düşmənin atəş nöqtələri susdurulub

  Müdafiə Nazirliyi:  Düşmənin atəş nöqtələri susdurulub
  29 Aprel 2020    Oxunub:5475
Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.
Bu barədə Azvision.az -a Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti