Paşinyan Xaçatryanın həbsinə göstəriş verdi

  Paşinyan Xaçatryanın həbsinə göstəriş verdi
  29 Aprel 2020    Oxunub:4296
Ermənistan Ali Məhkəməsi Şurasının sədri Ruben Vardazaryan gecə saatlarında baş nazir Nikol Paşinyan tərəfindən hökumət binasına çağırılıb və ona həbs göstərişi verilib.
Azvision.az xəbər verir ki, "Aysor.am"ın məlumatına görə, məhkəmə sədrinə "Galaxy" şirkətlər qrupunun həmtəsisçisi, Ucom Direktorlar Şurasının sədri Qurgen Xaçatryanın həbsi üçün xüsusi göstəriş verilib.

Həmçinin, hüquq-mühafizə orqanları rəsmilərinə istənilən nəticənin əldə edilməyəcəyi təqdirdə işdən çıxarılacaqları barədə açıq şəkildə xəbərdarlıq edilib.

Bu gün isə Milli Təhlükəsizlik Xidməti Qurgen Xaçatryana araşdırma aparan orqana gəlməsi üçün bildiriş göndərib. Əməliyyat tədbirlərinin şirkətin ofislərində aparılması mümkündür.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti