Ermənistanda 30-dan çox maskalı şəxs kəndə basqın edib

 Ermənistanda 30-dan çox maskalı şəxs kəndə basqın edib
  29 Aprel 2020    Oxunub:3646
Ermənistanda bir qrup maskalı şəxs Noratus kəndində evlərə hücum edib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, 30 nəfərdən artıq maskalı şəxs əvvəl Qriqor Mnoyan adlı sakinin evinə hücum edib, onu və anasını döyüblər, 6 aylıq hamilə həyat yoldaşına isə təzyiq göstəriblər.

Daha sonra onlar kimləsə telefonla danışaraq yanlış ünvana gəldiklərini deyibər. Ardınca digər kənd sakinlərinin evlərinə basqın ediblər. Hadisənin motivləri məlum deyil.

Xatırladaq ki, dünən axşam saatlarında da Ermənistanda ağır cinayət hadisəsi baş verib. Silahlı insident nəticəsində xəstəxanaya yerləşdirilən iki nəfərin boğazı kəsilərək qətlə yetirilib. Məlum hadisələrlə əlaqədar baş nazir Nikol Paşinyan ciddi tənqidlərə tuş gəlib. Ölkədə cinayət hadisələrinin sayının artdığı bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Maska  





Xəbər lenti