Ağac kəsən şəxs 1518 manat cərimələndi

Ağac kəsən şəxs 1518 manat cərimələndi
  29 Aprel 2020    Oxunub:2298
Qəbələdə ağac kəsən şəxs cəzalandırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, aprelin 27-də Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Qəbələ rayon Yemişənli kəndi ərazisində yerləşən ağac emalı sexində sənədləri şübhə yaradan 7,29 m3 həcmində işlik oduncaq aşkar edilib.

Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib ki, araşdırma zamanı sexdəki oduncağın Bum meşəbəyliyinin 6 saylı dolayında Qəbələ rayon Həmzəlli kənd sakini Gəncəli İsgəndərov tərəfindən kəsilərək sexə satıldığı məlum olub.

Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib olunub və ona 1518 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

Azvision.az


Teqlər: ETSN   Qəbələ  





Xəbər lenti