“Paşinyan hakimiyyətinin sonu yaxınlaşıb” - Erməni hüquq müdafiəçisi

 “Paşinyan hakimiyyətinin sonu yaxınlaşıb” -    Erməni hüquq müdafiəçisi
  29 Aprel 2020    Oxunub:4030
Ermənistan hakimiyyətinin artıq sonu yaxınlaşır. Bunun yeganə günahkarı onlar özləridir.
Azvision.az xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Arsen Babayan "Facebook" səhifəsində yazıb.

O bildirib ki, baş nazirin birbaşa tabeçiliyində olan Ermənistan polis rəisinin nəzərindəki polis kordonu dağıdılır, xəstəxanaya soxulurlar və yaralıların boğazlarını gözlərinin önündə kəsirlər.

"Baş nazirin sözçüsü cəmiyyətə yanlış məlumat verir. Nikol Paşinyan isə öz "yaradıcılığında" Artur Vanetsyanın (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru - red.) adını çəkməyə çalışır", - deyə hüquq müdafiəçisi vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti