Boris Conson 6-ci dəfə ata oldu

Boris Conson 6-ci dəfə ata oldu
  29 Aprel 2020    Oxunub:3792
Böyük Britaniyanın koronavirusa qalib gələn Baş Naziri Boris Consonun oğlu dünyaya gəlib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 55 yaşlı Baş Nazir altıncı dəfə ata olub.

Qeyd edək ki, Conson Kerri Saymondsla qeyri-rəsmi nikahda yaşayır. Saymonds Consondan 24 yaş kiçikdir. Onlar Britaniya tarixində Baş Nazir iqamətgahında yaşayan evli olmayan ilk cütlükdür.

Conson daha əvvəl Marin Uilerlə evli olub. Onların 4 övladları var. Cütlük 2018-ci ildə ayrılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Boris-Conson   Britaniya  





Xəbər lenti