Sabah 25 dərəcə isti olacaq

Sabah 25 dərəcə isti olacaq
  29 Aprel 2020    Oxunub:2606
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, səhər saatlarında zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-19° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 30-u, mayın 1-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti