ASAN könüllüləri tənha yaşayan xəstələrə dərmanlar payladı

ASAN könüllüləri tənha yaşayan xəstələrə dərmanlar payladı
  29 Aprel 2020    Oxunub:5426
Mingəçevir regional “ASAN xidmət” mərkəzinin könüllüləri karantin rejimi ilə əlaqədar şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti ilə birlikdə ahıl və tənha yaşayan şəkərli diabet xəstələrinə dərmanlar paylayıblar.
Azvision.az xəbər verir ki, könüllülər tibb işçiləri ilə birlikdə şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, onların dərman preparatları, özünənəzarət vasitələri ilə təmin edilməsi və s. köməklik göstəriblər.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilmiş xüsusi karantin rejimi dövründə 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunub və onlar üçün sosial xidmətlərin təşkili həyata keçirilir.







Azvision.az


Teqlər: ASANkönüllüləri  





Xəbər lenti