Xərçəngi qan analizi ilə müəyyən etmək mümkün olacaq

Xərçəngi qan analizi ilə müəyyən etmək mümkün olacaq
  29 Aprel 2020    Oxunub:3158
Qan analizi vasitəsilə xərçəng xəstəliyini daha erkən dövrlərdə müəyyənləşdirmək mümkün olacaq.
Azvision.az xəbər verir ki, bunu Con Hopkins Univeritetinin professoru Nikolas Papadopoulos deyib.

Onun sözlərinə görə, yeni metod xərçəng xəstələrinin müəyyən edilməsini iki dəfə sürətləndirir: "Araşdırma çərçivəsində heç bir xəstəlik əlaməti olmayan minlərlə insandan qan nümunələri götürülüb. Bu üsulla, ilk dəfə qan analizi vasitəsilə bir neçə xərçəng xəstəliyi növü erkən dövrdə təsbit edilib".

Yeni üsulun daha da təkmilləşdirilməsinə çalışdıqlarını söyləyən professor bunun effektli olacağına inandığını söyləyib: "Bunun mümkün olacağına əminliyimiz böyükdür. Araşdırma hələlik sınaq mərhələsindədir. Amma əvvəlki aşkarlama üsullarından fərqli olaraq, 2 qat effektlidir".

N.Popadopulas, həmçinin qeyd edib ki, sınaqlar 65-75 yaşlı insanlar üzərində həyata keçirilirib: "Bu kateqoriyadan olan qadın və kişilər üzərində aparılan sınaqlar ümidvericidir. Amma tam əminlik əldə etmək üçün sınaqların bütün yaş qruplarında aparılması lazımdır".

Kənan Məmmədov
Azvision.az


Teqlər: Xənrçəng   Qananalizi  





Xəbər lenti