Bill Qeyts peyvənd istehsalına başlamaq istəyir

Bill Qeyts peyvənd istehsalına başlamaq istəyir
  28 Aprel 2020    Oxunub:2840
"Hər şey mükəmməl gedərsə, bir ildən sonra kütləvi peyvənd istehsalına başlaya bilərik. Bu, iki il də çəkə bilər. İndi 100-dən çox peyvəndin təkmilləşdirmə araşdırması aparılır".
Azvision.az xəbər verir ki, bunu "Microsoft”un yaradıcısı, amerikalı milyarder Bill Qeyts deyib.

"Hazırda edə biləcəyimiz iş 100 araşdırmanın içərisindən ən çox ümid verəni seçmək və mənbə axtarmaqdır. Eyni zamanda, istehsal gücünü də artırmalıyıq. Çünki dünyanın hamısına peyvənd istehsalı çox çətindir".

Qeyd edək ki, Bill Qeyts və həyat yoldaşı koronavirusla mübarizəyə 250 milyon dollar ainə ayırıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BillGeyts  





Xəbər lenti