Türkiyədə qadınlara qarşı cinayətlər kəskin azalıb

Türkiyədə qadınlara qarşı cinayətlər kəskin azalıb
  28 Aprel 2020    Oxunub:2841
Türkiyədə qadınlara qarşı törədilən cinayət hadisələrinin sayı azalıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ailə-məişət zorakılığına qarşı mübarizə tədbirləri nəticəsində bu il qadınlara yönəlik cinayətlər kəskin azalıb.

"Koronavirusla mübarizə tədbirlərinin başlandığı 11 martdan etibarən qadınlara qarşı cinayətlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalıb. Ötən ilin 11 mart - 27 aprel tarixləri arasında 44 qadın qətlə yetirilmişdisə, bu il 24 qadın həyatını itirib",- deyə məlumatda qeyd olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   qadın  





Xəbər lenti