Miqrasiya Xidmətindən mühüm qərar: Ölkədə olma müddəti 60 günədək uzadılır
Bunun üçün həmin şəxslər Xidmətin internet səhifəsi ( https://eservice.migration.gov.az/public/payments-search?lang=az ) vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya Expresspay terminalları vasitəsi ilə) dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.
Müvəqqəti olma müddətinin uzadılması barədə qərarların fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə həmin şəxslər Xidmətin internet səhifəsi ( https://eservice.migration.gov.az/public/application-track ) vasitəsilə qərarları əldə edə bilərlər.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin Facebook, Twitter sosial hesablarından və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur.
Azvision.az