80-dən çox ölkənin vəkilləri videokonfrans keçirdi

80-dən çox ölkənin vəkilləri videokonfrans keçirdi
  28 Aprel 2020    Oxunub:2730
“COVID-19-un çağırışlarına vəkil cameəsi necə cavab verməlidir?” mövzusunda videokonfrans keçirilib.
Azərbaycan Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, Honkonq Vəkillər Kollegiyasının təşkilatçılığı ilə baş tutan konfransda 80-dən artıq ölkənin vəkillər kollegiyalarının təmsilçiləri iştirak edib.

Videokonfransda koronavirus pandemiyasının vəkil peşəsinin həyata keçirilməsində yaratdığı maneələr və bununla mübarizədə vəkillərin peşə birliklərinin tutmalı olduqları mövqe, habelə bu dövrdə insan hüquq və azadlqılarının səmərəli müdafiəsində vəkil peşəsinin rolu müzakirə olunub.

İngiltərə və Uelsin Hüquq Cəmiyyətinin sədri Saymon Devisin, Yaponiya Vəkillər Kollegiyasının sədr müavini Hidetomo Uedanın, Fransa Vəkillər Kollegiyasının sədri Kristian Ferla-Şulun, Rusiya Federal Vəkillər Palatasının katibi Konstantin Dobrininin, həmçinin Milan Vəkillər Kollegiyasının, Avstraliya Vəkillər Kollegiyasının və digər ölkələrin nümayəndələrinin aidiyyəti ölkələrdə pandemiya ilə bağlı gətirilən məhdudiyyətlər və bu şəraitdə vəkilliyin həyata keçirilməsi barədə təqdimatları dinlənilib.

Daha sonra konfrans öz işini müzakirələr formasında aparıb..

Konfransda Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən Kollegiyasının Rəyasət Heyətinin aparatının rəhbəri Fərhad Nəcəfov iştirak edib.

Azvision.az



Teqlər: Vəkil  





Xəbər lenti