Azərbaycanda nazir işdən çıxarıldı - Yeni təyinat

 Azərbaycanda nazir işdən çıxarıldı -  Yeni təyinat
  28 Aprel 2020    Oxunub:8717
Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Suliddin Əliyev vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.

Digər fərmanla Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri təyin edilib.

Qeyd edək ki, Daşqın Rəhimov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.

Azvision.az


Teqlər: Naxçıvan   Nazir  





Xəbər lenti