Nazirdən tələbələrin əsgərlik məsələsinə münasibət

 Nazirdən tələbələrin əsgərlik məsələsinə münasibət
  27 Aprel 2020    Oxunub:4768
Son kursda oxuyan tələbələrin böyük bir hissəsi fevral ayından başlayaraq istehsal təcrübəsində olublar. Bir çoxları təcrübəni başa çatdırmayıblar. Çünki onların olduğu istehsal sahələrində məhdudiyyətlər tətbiq edilib. Həmin müddətlə bağlı bir sıra güzəştlər tətbiq edilə bilər. Onların qiymətləndirilməsi zamanı ötən 3 il yarımlıq müddəti nəzərə almaqla, xüsusi yanaşma tətbiq oluna bilər.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Tədrisi başa vurmayan tələbələrin hərbi xidmətə çağırılması məsələsinə toxunan nazir qeyd edib ki, bununla bağlı hökumət qarşısında məsələ qaldırılacaq.

"Düşünürəm ki, məsələ öz müsbət həllini tapacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Tələbə   Əsgərlik  





Xəbər lenti