Makron və Zelenski arasında telefon danışığı olub

Makron və Zelenski arasında telefon danışığı olub
  27 Aprel 2020    Oxunub:2538
Vladimir Zelenski və Emmanuel Makron arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, Ukrayna Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər iki ölkədə koronavirusla bağlı vəziyyəti müzakirə ediblər, həmçinin xəstəliyinin nəticələrinin aradan qaldırılması üçün səylərin əlaqələndirilməsi barədə razılığa gəliblər.

Zelenski Ukraynanın hazırda COVİD-19 pandemiyasının mərkəzində olan Fransa ilə həmrəyliyini ifadə edib.

Dövlət başçıları iqtisadi aktivliyin bərpası üçün də yaxından əməkdaşlığın zəruriliyini vurğulayıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Zelenski   Makron   Prezident  





Xəbər lenti