Dubaydakı azərbaycanlılar Vətənə qayıdır

   Dubaydakı azərbaycanlılar Vətənə qayıdır
  27 Aprel 2020    Oxunub:4215
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qalan vətəndaşlarımızın aprelin 28-də ölkəyə qayıdacağı gözlənilir.
Bu barədə Azvision.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, koronavirus pandemiyası səbəbindən Dubaydan geri dönə bilməyən 75 azərbaycanlı kömək məqsədilə Komitəyə müraciət edib, martın 26-dan bu günə qədər Komitə onların otellərdə yerləşdirilməsini təmin edib və digər gündəlik iaşə xərclərini ödəyib.

Əldə olunan məlumata görə, həmin soydaşlarımız aprelin 28-də ölkəyə qayıda biləcəklər.

Bir neçə gün əvvəl Komitənin xaricdə qalan vətəndaşlarımızla təşkil etdiyi videokonfransa Dubaydan qoşulan azərbaycanlılar onlara göstərilən münasibətdən olduqca razı qaldıqlarını ifadə edib və bildiriblər ki, qürbətdə olduğumuz müddətdə dövlətimizi maddi və mənəvi olaraq yanımızda hiss etdik. Soydaşlarımız buna görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Azvision.az



Teqlər: Koronavirus   Azərbaycan  





Xəbər lenti