"Heç bir güzəşt edilməyəcək" - Xidmət rəisindən xəbərdarlıq

 "Heç bir güzəşt edilməyəcək" -  Xidmət rəisindən xəbərdarlıq
  27 Aprel 2020    Oxunub:2728
"Təbii ki, bu həssas dönəmdə görülən tədbirlərə baxmayaraq, sui-istifadə halları da aşkarlanır".
Azvision.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov deyib.

O, yol verilən nöqsanlarla bağlı daşıyıcıları, xüsusilə də yük daşımaları və taksi xidməti həyata keçirən fərdi sahibkarları məsuliyyətli olmağa dəvət edib.

"Karantin rejimi tərəfimizdən bu sahədə çalışan şəxslər üçün bir sınaq müddəti kimi dəyərləndirilir və məsuliyyətsiz hərəkətlər səbəbilə dövlətimizin mənafeyinə zərər vuraraq, hökümət tərəfindən qəbul edilmiş qərarlara əməl etməyən daşıyıcıların fəaliyyətinin qarşısının alınması üçün görüləcək tədbirlər zamanı heç bir güzəşt edilməyəcək",- deyə Xidmət rəisi qeyd edib.

Azvision.az



Teqlər: DANX  





Xəbər lenti